1Win Məlumatlarınızı Necə Toplayır?
1Win Kazino saytından istifadə zamanı, sistem müxtəlif vasitələrlə sizin məlumatlarınızı toplaya bilir. Həmin məlumat toplama üsulları aşağıda verilmiş kateqoriyalara bölünür:
- Sayta sizin tərəfinizdən birbaşa təqdim edilən məlumatlar (Qeydiyyat üçün ad, soyad, yaş, elektron poçt ünvanı, mobil telefon, şəxsiyyət vəsiqəsi və s.)
- Avtomatik olaraq toplanılan məlumatlar (IP ünvanınız, əməliyyat sisteminiz, cihaz növü və parametrləriniz, brauzerinizin növü və parametrləri, qəza hesabatları, sistem fəaliyyəti, tarix, vaxt və istinad URL-i kimi və s.)
- Cookies, oxşar izləmə texnologiyaları və Google Analytics kimi üçüncü tərəf alətləri vasitəsilə toplanan məlumatlar (Hesab əməliyyatları, köçürmə əməliyyatlarının və hesab fəaliyyətlərinin təfərrüatları, oxşar təcrübələr, vərdişlər və s.)
1Win bu məlumat toplama kateqoriyalarından sizin haqqınızda saxlanılan dataları tamamlamaq, xidmətləri yaxşılaşdırmaq və fərdiləşdirilmiş oyunçu təcrübəsi yaratmaq üçün istifadə edir.
Kukilər Nədir və Necə işləyir?
Kukilər komputerinizin və ya telefonunuzun yaddaşında saxlanan kiçik ölçülü mətn fayllarıdır. Hər hansı bir veb-sayta giriş etdiyiniz zaman, icazə verdiyiniz təqdirdə kukiləriniz həmin saytla paylaşılır və sistem sizə fərdiləşdirilmiş təcrübə təklif edir. Yəni kukilər istifadə edilən məlumatları bir növ yadda saxlayaraq gələcək əməliyyatlarınız zamanı isttifadə edəcəyiniz qısa yol yaradır.
Nümunə olaraq, 1Win-ə daxil olarkən kukilərə verilən icazə, sizin əvəzinizə üstünlük verdiyiniz dil seçimini və ya istifadəçi adını sizə təklif edə bilər. Eyni məntiqlə, daha sonralar daxil olarkən istifadə etdiyiniz məlumatları dəfələrlə daxil etmək zəhmətindən qaçınaraq platformaya giriş edə bilərsiniz. Həmçinin, kukilərin həcmi çox az olduğu üçün, cihazınızın yaddaşında böyük yer tutmur.
Əlavə olaraq, kukilər vaxtaşırı yenilənən və ya təmir edilən veb-saytdan istifadə zamanı köməyinizə çatır. Onlar, keçmiş istifadəçi təcrübəsini əsas tutaraq, sizə fərdiləşdirilmiş və köhnəyə bənzər istifadəçi təcrübəsi yaradır. Bir sözlə kuki siyasəti ilə bağlı icazə verməklə siz öz oyun təcrübənizə töhfə verirsiniz.
Kukilərin Növləri
Kukilərin müvəqqəti – daimi, identifikasiya – izləmə və başqa formatlarda növləri mövcuddur. 1Win-in tətbiq etdiyi kuki siyasətinə qısamüddətli və uzunmüddətli olmaqla 2 növ kuki daxildir:
- Qısamüddətli Kukilər – Bu kukilər veb-brauzerə daxil olduqla işləyir və veb-pəncərə bağlanana qədər dataları toplayır. Yəni bu kukilər sizə yalnız 1Win-in səhifəsində olarkən xidmət edir, səhifədən ayrıldıqdan sonra isə dayanır. Burada toplanmış məlumatların silinməsi avtomatik həyata keçirilir. Bu kukilər sizin datalarınızdan müvəqqəti istifadə etməklə keyfiyyətli oyun mühitini yaradır və brauzerdən çıxıb geri girdikdə yenilənir.
- Uzunmüddətli Kukilər – Daimi kukilər isə saytdan çıxdıqdan sonra belə məlumat toplamağa davam edir. Onlar dil seçimi, istifadəçi adı və başqa məlumatları yadda saxlayaraq sayta giriş zamanı rahatlıq yaradır. Bu kukilərin silinməsi və deaktivasiyası manual (siz tərəfindən) həyata keçirilir və istifadəçi rahatlığı və fərdiləşdirilmiş təcrübə üçün vacibdir. Məsələn, əvvəlki oyun vərdilərinizə uyğun fərdiləşdirilmiş yeni oyun alətləri bu tipli kukilərə aiddir.
Hər iki kuki növünün istifadəsi zamanı toplanılan dataların yayılması və ya 3-cü tərəfə təqdim olunması kimi halların qarşısı alınır. Məlumatların paylaşılması yalnız o halda baş verə bilər ki, hansısa qanuni öhdəliyə və ya dövlətin icazə verdiyi əmrə əməl edilsin.
Kukilərin Faydaları və İş Prinsipləri
Kukilərin əsas vəzifəsi veb-saytlar effektiv işləməsini təmin etməkdir. 1Win Casino kukiləri istifadəçilərin seçdikləri parametrlərə (məsələn, dil, ad və yerləşmə yeri) əsaslanaraq oyunçulara fərdi xidmətlər təqdim edir.
Bundan əlavə, kukilər istifadəçinin yeni və ya köhnə oyunçu olmasına görə fərqli üstünlüklər yaradır. Sistem yeni qeydiyyatdan keçmiş istifadəçiləri tanıyır və yeni gələnlərə özəl bonuslar və təkliflər təqdim edir, vaxt limitli müxtəlif kampaniyalar hazırlayır. Köhnə oyunçular üçün isə kukilər uzunmüddətli oyun vərdişlərini analiz edərək fərdiləşdirilmiş xidmət təqdim edir. Məsələn, slot oyunlarının həvəskarısınızsa, interfeysə daxil olarkən həmin oyunlar ön planda göstərilir.
Bu mexanizmlər həm istifadəçi rahatlığını artırır, həm də xüsusi təkliflərə daha asan çıxış imkanı yaradır.
Toplanılan məlumatların istifadəsi
1Win Kazino yığılan məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edə bilər:
- Sayta girişlə bağlı icazə vermək;
- Veb-saytın xidmətlərinin keyfiyyətini qaldırmaq;
- Digər istifadəçilərdən fərqlənməyiniz üçün bəzi məlumatlarınızı açıq formada paylaşmaq (məsələn, istifadəçi adı, reytinqlər və s.);
- Maraq dairənizə uyğun olaraq reklam kampaniyaları önə çıxartmaq;
- Kazino ilə bağlı olan yenilənmələri və mütəmadi bildirişləri cihazınıza göndərərək sizi xəbərdar etmək.
Kukilərin İdarə Edilməsi Yolları
Kazino kukilərinin idarə olunması dedikdə onların fəaliyyətinə birbaşa təsir göstərilməsi başa düşülür. Bu proseslər əksər hallarda sadəcə brauzer üzərindən idarə oluna bilər. Onlar haqqında ətraflı məlumatı və necə idarə ediləcəyini öyrənmək üçün brauzerinizin “Məxfilik və Təhlükəsizlik” bölməsini ziyarət edə bilərsiniz. Ümumi olaraq, kükilərlə bağlı əsas əməliyyatlar:
- Deaktivasiya – Bu seçim dataların toplanılmasıni və kukilərin cihazınızda toplanılıb istifadə olunmasını məhdudlaşdırır. Manual formada həyata keçirilən əməliyyat, istifadəçi təcrübəsini məhdudlaşdırması səbəbilə tövsiyyə olunmur.
- Təmizləmə – Kukilər kiçik formatlı mətn faylları olduğu üçün zamanla yaddaşda az da olsa yer tutur. Təmizləmə, həmin faylların silinməsi əməliyyatıdır. Bu proses başa çatdıqdan sonra isə kukilərin depolanması və istifadəsi əvvəlki qaydada davam edir.
- Bloklama – Kukiləri bloklamaq seçimi isə onlardan istifadənin məxfilik prioritetlərinizə əks düşməsi zamanı baş verə bilər. Bu halda kukilərə datalarınızı toplamaq və istifadə etmək seçimi qadağan edilir, buna görə də istifadəçi təcrübəsi aşağı düşür.
Sayta giriş zamanı kukilərlə bağlı sizə verilən suala tamamilə qəbul etmək, yalnız vacib olanları qəbul etmək və qəbul etməmək variantları arasından cavab verə bilərsiniz.